Bu gün “Azərreyl” Çempionlar Liqası çərçivəsində növbəti oyununu keçirəcək
Bu gün “Azərreyl” Çempionlar Liqası çərçivəsində növbəti oyununu keçirəcək. Alessandro Çiappininin yetirmələri qrup mərhələsinin II turunda Türkiyənin “Əczaçıbaşı” klubunun qonağı olacaqlar.

Komandamızı İstanbulda ciddi sınağn gözlədiyini söyləmək olar. Çünki təmsilçimiz qələbə qazanmağı planlaşdırsa da, bu onlara asan başa gəlməyəcək. Buna səbəb isə Türkiyə çempionlarının da heyətinin “dəmiryolçular” kimi kifayət qədər güclü olmasıdır. Gərgin mübarizə vəd edən görüşdə hansısa komandanın 3 xal qazanacağı da inandırıcı deyil. Çox güman ki, qalib tay-brekdə müəyyənləşəcək.

Xəbər 915 dəfə oxundu.