Çempionlar Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilib
Çempionlar Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilib. II tur çərçivəsində “Atom” (Polşa) “Agel”i (Çexiya) qəbul edib.

“Rabitə” ilə eyni qrupda yer alan komandaların duelində Sopot təmsilçisi qələbə qazanıb.

Belə ki, “Agel” yalnız I setdə rəqibinə müqavimət göstərə bilib – 26:24. Növbəti 2 hissədə isə “Atom” daha asan qələbə qazanıb – 25:17, 25:16.

3:0 hesablı qələbə isə Polşa təmsilçisinə 3 xal qazandırıb. Lakin bu qələbə onların turnir cədvəlindəki mövqeyinə təsir etməyib.

“Rabitə” II turun oyununa sabah çıxacaq. Onlar Bakıda İtaliya “Villa Kortese” ilə oynayacaqlar.

Xəbər 947 dəfə oxundu.