Azərbaycanlı su poloçusu ABŞ milli komandasının əsas oyunçusu seçilib
Azərbaycanın su polosu idman növü ilə məşğul olan idmançısı karyerasını ABŞ-da davam etdirəcək.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2012-ci il təvəllüdlü Hüseyn Hüseynli ABŞ-ın "Triton Aquatics" klubunun U-12 komandasının əsas qapıçısı seçilib.

2017-ci ildən “Qarabağ” klubunda məşqlərə başlayan H.Hüseynli Azərbaycanda keçirilən yarışlarda mükafatçılar sırasında yer alıb.

Xəbər 136 dəfə oxundu.