Bu gün Topaz Premyer Liqasında I dövrəyə yekun vurulacaq
Bu gün Topaz Premyer Liqasında I dövrəyə yekun vurulacaq. XI turun qalan 4 oyunu eyni vaxtda başlayacaq. Bunlardan ikisi paytaxtda keçiriləcək ki, əsas diqqət məhz həmin matçlara yönəlib.

Lider “Simurq” son çempion “Neftçi”nin qonağı olacaq. Bakılılar cari mövsümdə evdə keçirdiyi 4 oyunun hamısında qalib gəlib. Son 4 turda qələbə qazana bilməyən “Qarabağ”la “Qəbələ” Bakıda münasibətlərini ayırd edəcək.

Əfqan Talıbovun baş məşqçi postuna gəlişindən sonra hər 2 oyununda 1:0 hesabı ilə qalib gələn “Turan” son vaxtlar inamlı təsir bağışlayan “Rəvan”la qarşılaşacaq.

Sumqayıtda isə turnir cədvəlində qonşuların dueli olacaq. “Sumqayıt” yalnız qalib gələcəyi halda, “Xəzər Lənkəran”ı arxada qoyacaq.

31 oktyabr

15:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Baş hakim: Əliyar Ağayev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

15:00. “Neftçi” – “Simurq”
Baş hakim: Elçin Məmmədov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

15:00. “Turan” – “Rəvan”
Baş hakim: Elvin Əsgərov
Tovuz. Şəhər stadionu

15:00. “Qarabağ” – “Qəbələ”
Baş hakim: Vüsal Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər 785 dəfə oxundu.