“Masters” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Avqustun 4-6-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Masters” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

ilkin siyahıda 12 idmançının adı göstərilib.

Kişilərin yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov və Uşangi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kq) gücünü sınayacaq.

Qeyd edək ki, turnirdə 40 ölkədən 257 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 99 dəfə oxundu.