Messi Ronaldoya səs verməyəcək
Ardıcıl 4-cü dəfə dünyanın ən yaxşı futbolçusu seçilməyə real namizəd olan Lionel Messi seçimini edib. 25 yaşlı argentinalı hücumçu ilk 2 yeri “Barselona”dakı komanda yoldaşlarına verəcək.

Bunlar millinin də aparıcı futbolçuları olan yarımmüdafiəçilər – Xavi Ernandeslə Andres İnyestadır: “Mən bu futbolçulara, habelə, həmyerlim Serxio Aqueroya səs verəcəyəm. Hesab edirəm ki, “Qızıl top”u İker Kasilyas da qazana bilər. Əlbəttə, bir də Kriştianu Ronaldo”.

Xəbər 797 dəfə oxundu.