Azərbaycan cüdoçuları İspaniyada təlim düşərgəsinə qatılıblar
Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya təlim düşərgəsində iştirak edirlər.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, hazırlıq prosesinə gənclərdən, qadınlardan və böyüklərdən ibarət yığmaların üzvləri qatılıblar.

Komandamıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova, gənclərdən ibarət millisinin baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət seçmənin məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı avqustun 4-6-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirinə, sentyabr və oktyabr aylarında təşkil olunacaq gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Xəbər 137 dəfə oxundu.