“Qəbələ” israilli futbolçu ilə ikiillik müqavilə imzalayıb
Yeni mövsümə hazırlaşan “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

Komanda Gilad Abramovun keçidini rəsmiləşdirib.

İsrailli yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.

İyirmi üç yaşlı futbolçu peşəkar karyerasına 2018-2019-cu il mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.

Xəbər 98 dəfə oxundu.