“Neftçi” klubu Kanada və Malayziya yığmaları ilə qarşılaşacaq
İyulun 6-7-də İsveçrənin Friburq şəhərində 3x3 basketbol üzrə 16 komandanın iştirakı ilə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.

Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Friburq mərhələsində iştirak edəcək Bakının “Neftçi” klubu A qrupunda Kanada və Malayziya milli komandaları ilə mübarizə aparacaq. "Neftçi" ilk oyununu Bakı vaxtı ilə saat 17:30-da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

Xəbər 83 dəfə oxundu.