“Araz-Naxçıvan” futzal klubunun rəqibləri müəyyənləşib
İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün püşkü atılıb.

Püşkatma mərasimində Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.

Mübarizəyə ilkin mərhələdən başlayacaq Azərbaycan çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

Xəbər 112 dəfə oxundu.