İbrahim Heydərov: Bu turnir idmançılarımız üçün yoxlanış xarakteri daşıyırdı
Azərbaycan komandası Batumidə keçirilən karate üzrə beynəlxalq turnirdə yüksək nəticə əldə edib.

Bu sözləri turnirdə iştirak edən Azərbaycan karate milli yığmasının baş məşqçisi İbrahim Heydər Əliyev Beynəlxalq Aeroportunda Batumi şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan komandasının qarşılanma mərasimində deyib.

Baş məşqçi qeyd edib ki, Azərbaycan komanda hesabı ilə Batumidə beynəlxalq turnirdə birinci yerə çıxıb: “Yüksək nəticəni əldə etmək üçün biz bir sıra təlim-məşq toplanışlarında iştirak etmişdik. Bizim güclü idmançılarımız var. Bu səbəbdən də bu nəticə gözlənilən idi. Qarşıdan bizi dünya çempionatı gözləyir. Batumidə keçirilən bu turnir bizim idmançılar üçün bir növ yoxlama xarakteri daşıyırdı. Qazanılan qələbə münasibətilə bütün karate ailəsini və xalqımızı təbrik edirəm”.

Xəbər 166 dəfə oxundu.