Arif Məmmədov: Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər
Batumidə beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib.

Bu sözləri Azərbaycan Karate Do Federasiyasının prezidenti Arif Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunda Batumi şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan komandasının qarşılanma mərasimində deyib.

Onun sözlərinə görə, bu yarışda Ermənistanı daha çox idmançı təmsil edib. “Bu səbəbdən bütün idmançılarımızı təlimatlandırmışdıq ki, ermənilər nə qədər təxribat törətməyə çalışsalar da heç kim onlara əhəmiyyət verməsin. Erməni idmançılar bizim komandamıza qarşı qeyri-etik davranış sərgilədilər. Lakin bizim idmançılarımız qalib ölkənin vətəndaşı olaraq onlara heç bir reaksiya vermədi. Mən buna görə bütün idmançılarımızı təbrik edirəm. Sözün əsl mənasında idmançılarımız Azərbaycanı layiqincə təmsil etdilər", - deyə federasiya prezidenti əlavə edib.

Xəbər 109 dəfə oxundu.