AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Qurum Azərbaycan kubokunun 1/16 final və Topaz Premyer Liqasının hesabat turunun oyunlarında baş verən xoşagəlməz olaylara hüquqi qiymət verib.

“Kəpəz”lə səfər matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” 1000 manat cərimələnib. “Simurq” – AZAL matçının 89-cu və 90+4-cü dəqiqələrində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimə olunub. Həmin oyunda sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan AZAL-ın futbolçusu Elməddin Məmmədov 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimələnib.

“Xəzər Lənkəran” – “Qarabağ” matçının 52-ci dəqiqəsində qonaqların futbolçusu Maksim Medvedev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb.

Xəbər 833 dəfə oxundu.