Ruslan Abdullayev: Komanda olaraq Avropa çempionatına yaxşı hazırlaşmışdıq
Əsas məqsədim qarşıdakı yarışlarda dünya çempionu olmaqdır.

Bu sözləri jurnalistlərə açıqlamasında İspaniyada keçirilən sərbəst güləş üzrə U-20 Avropa çempionatında qızıl medal qazanan Ruslan Abdullayev deyib.

“Ümumilikdə yarışımız yaxşı keçdi. Biz komanda olaraq bu yarışlara yüksək səviyyədə hazırlaşmışdıq və bunun da bəhrəsini gördük. Yarışda görüşlərim çox çətin keçmədi. Finalda moldovalı güləşçiyə qalib gələrək qızıl medal əldə etdim", - deyə idmançımız bildirib.

Xəbər 113 dəfə oxundu.