“Qarabağ” oyuna itkilərlə hazırlaşır
Sabah Topaz Premyer Liqasının XI turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” oyuna itkilərlə hazırlaşır. Ağdam təmsilçisinin 5 futbolçusunun bu qarşılaşmanı buraxacağı gözlənilir.

Zədə səbəbindən son 2 oyunu buraxan Rəşad Sadıqova “Xəzər-Lənkəran”la matçda almacıq sümüyü qırılan Ansi Aqolli də qoşulub. Əfran İsmayılovla Namiq Yusifovun da sabahadək sağalacağı məlum deyil. Üstəlik, sonuncu turda qırmızı vərəqə alan Maksim Medvedev də oyunu buraxmalı olacaq. Əvəzində Vüqar Nadirov cəzasını başa vurub.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı sabah 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər 936 dəfə oxundu.