Çimərlik futbolu üzrə Azərbaycan millisi III Avropa Oyunlarında beşinci olub
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

Yığmamız beşinci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi yarışı beşinci pillədə başa vurub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.

Xəbər 106 dəfə oxundu.