III Avropa Oyunları: Çimərlik futbolu üzrə millimiz Ukrayna yığmasına qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Polşanın Krakov şəhərində təşkil olunan III Avropa Oyunlarında növbəti oyununu keçirib.

Ukrayna yığması ilə qarşılaşan millimiz 7:6 hesablı qələbə qazanıb.

Millimizin qollarını Amid Nazarov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.

Komandamız beşinci yer uğrunda bu gün Moldova yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Xəbər 110 dəfə oxundu.