Məhəmməd Abdullayev: Avropa Oyunlarında qızıl medala iddialıyam
Çətin döyüş oldu. Rəqibim çox güclü idi. Əlimdən gələni etdim. Finala yüksəldiyim üçün çox xoşbəxtəm.

Bunu müsahibəsində III Avropa Oyunlarının yarımfinalında Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abduallayev (+92 kq) deyib.

Finala yüksəlməklə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı bildirib ki, artıq növbəti hədəfi Fransada uğur əldə etməkdir: “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Olimpiadaya ciddi hazırlaşıb qızıl medal qazanmağı düşünürəm. Ümumiyyətlə, həvəskar boksda güclü nəticələr göstərdikdən, həmçinin Olimpiadada medal qazandıqdan sonra peşəkar boksa keçməyi hədəfləyirəm. Finaldakı rəqibim barədə məlumatlıyam. Onunla İtaliyada təlim-məşq toplanışında sınaq döyüşlərdə gücümü yoxlamışam. Avropa Oyunlarında qızıl medala iddialıyam. Ümid edirəm ki, finalda qalib gələrək birinci olacaq, Azərbaycan xalqını sevindirəcəyəm”.

Qeyd edək ki, M.Abdullayev iyulun 2-də finalda böyük britaniyalı Delişes Ori ilə üz-üzə gələcək.

Xəbər 106 dəfə oxundu.