Murad Allahverdiyev: Olimpiadada qızıl medal uğrunda mübarizə aparacağam
Şükürlər olsun ki, Avropa Oyunlarında medal qazandım.

Bunu müsahibəsində III Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) deyib.

Yarımfinalda Qabriyel Veoçiçə (Xorvatiya) məğlub olaraq yarışı bürünc medalla başa vuran boksçu bildirib ki, zədələri görüşü istədiyi kimi davam etdirməyə imkan verməyib. “Fikrim zədələrdə qaldı, ehtiyatı da qoruduğum üçün yaxşı döyüşə bilmədim. Rəqibim də çox güclü idi. Ona növbəti yarışlarda uğurlar arzu edirəm. Çatışmayan cəhətlərin üzərində işləyəcəyik. Bakıda 22 yaşadək boksçular arasında Avropa çempionatı keçiriləcək. Oraya hazırlaşacağam. Əsas məqsədim və hədəfim isə “Paris-2024” Yay Olimpiya Oyunlarında mükafatçılar sırasında yer almaqdır. Avropa Oyunlarında zədələr istədiyim kimi döyüşməyimə imkan vermədi. Ancaq Olimpiadada qızıl medal uğrunda mübarizə aparacağam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Allahverdiyev Avropa Oyunlarında yarımfinala yüksəlməklə “Paris-2024”ə lisenziya qazanıb.

Xəbər 121 dəfə oxundu.