Qadın sablyaçılarımız III Avropa Oyunlarının komanda yarışlarına qələbə ilə başlayıblar
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Polşada keçirilən III Avropa Oyunlarında komanda yarışlarına qələbə ilə başlayıb.

Millimiz səkkizdəbir finalda Rumıniya yığması ilə qarşılaşıb.

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə 45:42 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Millimiz yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə İtaliya komandası ilə qarşılaşacaq.

Xəbər 171 dəfə oxundu.