III Avropa Oyunları: Güllə atıcımız təsnifat mərhələsində altıncı olub
Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir

Bu gün tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında kişi snayperlərin mübarizəsi start götürüb.

Təsnifat mərhələsinin ilk günündə Azərbaycan təmsilçisi Ruslan Lunyov da çıxış edib. O, 300 mümkün xaldan 292-ni toplayıb. İdmançımız ilk günü 6-cı yerdə başa vurub.

Qeyd edək ki, təsnifat mərhələsinə iyunun 30-da yekun vurulacaq.

Xəbər 100 dəfə oxundu.