Azərbaycanda idman siyasəti Braziliya Ciu-citsu döyüş sənətinin inkişafına da müsbət təsir göstərir
Xanım nazir Ana Moser, Braziliya Federativ Respublikasının ölkəmizdəki səfiri Manuel Monteneqro və Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov arasında görüş keçirilib.

Görüş zamanı Aqil Acalov ölkədə idmanın mövcud dinamikasından, Prezident İlham Əliyevin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idmana qayğısından söz açıb, həmçinin səfir Manuel Monteneqronun sözügedən Braziliya döyüş sənətinin ölkəmizdə inkişafına daim dəstək göstərdiyini minnətdarlıqla bildirib. O qeyd edib ki, ölkədə uğurlu idman siyasətinin bütün idman sahələri kimi Braziliya Ciu-citsu döyüş sənətinin inkişafına da müsbət təsirləri böyükdür.

A.Acalov, həmçinin Azərbaycan-Braziliya Ciu-citsu Federasiyasının inkişaf strategiyaları, görülən işlər, təşkil edilən tədbirlər barədə məlumat verib.

Xanım nazir Ana Moser Braziliya idman növlərinin Azərbaycanda inkişafından və bu döyüş növünə olan maraqdan məmnunluğunu və dinamik inkişafı dəstəklədiyini bildirib.

Xəbər 112 dəfə oxundu.