III Avropa Oyunları: Qılıncoynadanlarımız Yunanıstan yığmasına qalib gəliblər
Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

Sablyaçılarımız 13-16-cı yerlər uğrunda görüşdə Yunanıstan seçməsi ilə qarşılaşıblar.

Saleh Məmmədov, Murad Əkbərov, Ayxan Xasiyev və Maqsud Hüseynlidən ibarət komanda gərgin keçən oyunda 45:43 hesablı qələbə qazanıb.

Yığma 13-cü yer uğrunda matça vəsiqə əldə edib.

Xəbər 178 dəfə oxundu.