Yuri Fomenko: “Düşünürəm ki, “İnter”lə oyun maraqlı olacaq”
“Düşünürəm ki, “İnter”lə oyun maraqlı olacaq”. Bu sözləri “Kəpəz”in hücumçusu Yuri Fomenko deyib.

Ukraynalı futbolçu komandasının saytına açıqlamasında bildirib ki, “bankirlər”lə bu günkü qarşılaşmada uğurlu nəticəyə kökləniblər: “Qələbəyə oynayacağıq. Çünki geriyə yolumuz yoxdur. Sonuncu pillədəyik. Mübarizə aparıb, gücümüzü göstərməyə çalışacağıq. Rəqib də yaxşı komandadır. Çempionat öncəsi önəmli transferlərlə heyəti
gücləndiriblər.”

Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı bu gün 18:00-da “Şəfa” stadionunda baş tutacaq.

Xəbər 986 dəfə oxundu.