Triatlonçumuz III Avropa Oyunlarını altıncı pillədə başa vurub
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Polşada keçirilən III Avropa Oyunlarında altıncı olub.

Təmsilçimiz 1 saat 46 dəqiqə 58 saniyəlik göstərici ilə 58 idmançı arasında finişə altıncı çatıb. R.Pevtsovu qələbədən cəmi 8 saniyə ayırıb. Yarışın qalibi norveçli Torn Vetle Berqsvik olub.

Xəbər 113 dəfə oxundu.