Çimərlik futbolu üzrə millimiz Avropa Oyunlarına məğlubiyyətlə başlayıb
Polşada təşkil olunan III Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start verilib.

Bu gün qrup mərhələsində birinci turun oyunları keçirilib.

Azərbaycan millisi Avropa Oyunlarında ilk matçına çıxıb. A qrupunda yer alan yığmamız Polşa millisi ilə görüşüb. Krakovda baş tutan qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:7. Millimizin heyətində Elşad Manafov və Fuad Hüseynov fərqləniblər.

Qeyd edək ki, millimiz və meydan sahiblərinin yer aldığı qrupun digər matçında Portuqaliya İspaniyaya 7:5 hesabı ilə qalib gəlib.

Xəbər 115 dəfə oxundu.