III Avropa Oyunları: Daha bir badmintonçumuz pley-offa yüksəlib | |
Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən III Avropa Oyunlarında kişilərin şəxsi yarışında səkkizdərbir finala vəsiqəni təmin edib. Təmsilçimiz G qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. Təmsilçimiz üç set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanıb. Ardıcıl ikinci qələbə son turun nəticəsindən asılı olmayaraq badmintonçumuza pley-offa vəsiqə qazandırıb. İdmançımız qrup mərhələsində sonuncu görüşünü iyunun 28-də Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək. Qeyd edək ki, badminton III Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Bu yarış dünya çempionatından sonra “Paris-2024” Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir. |
|
Xəbər 182 dəfə oxundu. |
|
|