FİFA dünyanın ən yaxşı məşqçisi ilə bağlı siyahını yeniləyib
FİFA dünyanın ən yaxşı məşqçisi ilə bağlı siyahını yeniləyib. 10 çalışdırıcı bu il ən yaxşı məşqçi olmaq uğrunda mübarizə aparacaq. Söhbət Visente Del Boske (İspaniya yığması), Roberto Di Matteo (“Çelsi”), Aleks Ferqyuson (“Mançester Yunayted”), Yupp Haynkes (“Bavariya”), Yurgen Klopp (“Borussiya” D) , Yohaim Löv (Almaniya yığması), Roberto Mançini (“Mançester Siti”), Joze Mourinyo (“Real”). Çezare Prandelli (İtaliya yığması) və “Barselona”nın sabiq çalışdırıcısı Xosep Qvardioladır.

Sonuncu yarım ilə yaxındır işsiz olsa və ötən mövsüm nə çempionluq, nə də Çempionlar Liqasında qazansa da, siyahıya adının daxil edilməyi diqqət çəkir. Hər halda, ötən mövsüm dünyanın ən yaxşı məşqçisi seçilən Qvardiolanın titulunu qorumaq şansı azdır.

Maraqlıdır ki, iddiaçıların hamısı Avropadandır. Bunlardan 3-ü italiyalılar (Di Matteo, Prandelli və Mançini) və almaniyalılar (Haynkes, Klopp, Löv), 2-si ispaniyalılar (Del Boske, Qvardiola), 1-i şotlandiyalı (Ferqyuson), 1-i portuqaliyalıdır (Mourinyo).

Xəbər 899 dəfə oxundu.