500 qız cüdo ilə məşğul olmağa başladı
“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıq çərçivəsində elan etdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları idmana həvəsləndirməkdə davam edir. MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə iyunun 12-dən tarixindən etibarən həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası artıq öz bəhrəsini verir. Belə ki, qısa müddətdə Azərbaycanın bir çox bölgələrindən 500-ə yaxın qız cüdo idman növünə yazılıb.

Qeyd edək ki, idmanın, mübarizliyin və özünəinamın təbliğatına yönələn bu sosial layihə qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə həvəsləndirmək məqsədi daşıyır. Eyni zamanda, sosial layihə həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.

Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən 7-14 yaşlı qızlar Azərbaycan Cüdo Federasiyasının məktəblərində və bölmələrində qeydiyyatdan keçə bilərlər. İlk 1000 qız tələbəyə cüdoqi və bir ay pulsuz məşq hədiyyə olunur.

Qızları cüdoya yazdırmaq və ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az veb-saytına müraciət etmək olar.

İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır.

Xəbər 166 dəfə oxundu.