Yaylagül Ramazanova Avropa Oyunlarının kamandan oxatma yarışında mübarizəni dayandırıb | |
Azərbaycanın idmançısı Yaylagül Ramazanova Polşada keçirilən III Avropa Oyunlarının kamandan oxatma yarışını medalsız başa vurub. O, 1/32 finalda litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə əsas vaxt 5:5 hesablı heç-heçə ilə başa çatıb. Təmsilçimiz “shoot off”da rəqibinə məğlub olub - 5:6. Bununla da Y.Ramazanova Avropa Oyunlarındakı mübarizəni dayandırmalı olub. |
|
Xəbər 154 dəfə oxundu. |
|
|