Kişi şpaqaçılarımız III Avropa Oyunlarının şəxsi yarışlarında çıxışlarını başa vurublar | |
Azərbaycan qılıncoynadanları Kənan Əliyev və Ruslan Həsənov Polşada keçirilən III Avropa Oyunlarında şpaqaçıların şəxsi yarışında çıxışlarını başa vurublar. Qrup mərhələsini dörd qələbə ilə bitirən R.Həsənov ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İsveçrə şpaqaçısı Hadrien Favreyə 14:15 hesabı ilə uduzub. Qrupu iki qələbə ilə başa vuran K.Əliyev isə 1/64 finalda Estoniya qılıncoynadanı Ruslan Eskova 13:15 hesabı ilə məğlub olub. |
|
Xəbər 220 dəfə oxundu. |
|
|