“Avropa çempionatındakı yarışlarımız çox möhtəşəm keçdi” - cüdoçu Kifayət Qasımova
Avropa çempionatındakı yarışlarımız çox möhtəşəm keçdi.

Bu sözləri cüdoçu Kifayət Qasımova bildirib.

İdmançı qeyd edib ki, tarixdə ilk dəfə Avropa çempionatının komanda yarışlarında qızıl medal əldə edən millimizin uğuru bütün Azərbaycan xalqının qələbəsidir.

“Yarışlarda təşkilatçılıq yüksək səviyyədə təşkil olunmuşdu. Bizi qarşıdan dünya çempionatı gözləyir. Var gücümüzlə bu yarışlara hazırlaşacağıq. Ötən il dünya çempionatında ikinci yerə çıxsaq da, bu il birinci yer bizim olacaq", - deyə o əlavə edib.

Xəbər 119 dəfə oxundu.