Məhəmməd Musayev: Yarış gərgin keçdi, lakin əziyyətimiz yerdə qalmadı
Yarış gərgin keçdi, lakin əziyyətimiz yerdə qalmadı.

Bunu Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında yeniyetmələr arasında qızıl medal qazanan Məhəmməd Musayev bildirib.

“Komandamız tarixdə ilk dəfə Avropa çempionu oldu. Biz qalibiyyətimizlə Azərbaycanın bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirdik. Mənim üzərimdə əziyyəti olan bütün müəllimlərimə minnətdarlığımı bildirirəm", - deyə idmançı əlavə edib.

Xəbər 110 dəfə oxundu.