Bu gün Topaz Premyer Liqasında I dövrənin son turu start götürəcək
Bu gün Topaz Premyer Liqasında I dövrənin son turu start götürəcək. XI tur Bakıdakı 2 oyunla başlayacaq.

“Şəfa” stadionunda liderlə autsayderin dueli olacaq. “İnter”in son pillədə gedən “Kəpəz”ə qalib gəlməklə, I dövrəni lider kimi başa vurmaq şansı var. Bu, “Simurq”un sabah “Neftçi” ilə səfər matçında uduzacağı halda reallaşacaq. Belə ki, “İnter” həm “Simurq”a qalib gəldiyindən, həm də ondan 1 oyun az keçirdiyindən, xallar bərabər olacağı halda, üstün olacaq.

Həmin oyundan 1 saat sonra Bakı derbisinin start fiti veriləcək. Son oyunlarda qələbə üzünə həsrət qalan AZAL buna sondan əvvəlki pillədə gedən “Bakı” ilə oyunda nail olmağa çalışacaq. “Zolaqlılar”ın isə son vaxtlardakı heç-heçə seriyasını bitirib, qalib gəlmələri vacibdir.

Xəbər 1514 dəfə oxundu.