Rəsul Məmmədov kombat ciu-citsu üzrə VI Asiya çempionatının hakim briqadalarını idarə edib
Qazaxıstanın Almatı şəhərində kombat ciu-citsu üzrə VI Asiya çempionatı keçirilib. Çempionatda 15 ölkədən 425 idmançı iştirak edib.

Həmin yarışda Prezident mükafatçısı, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov rəsmi şəxs qismində iştirak edib.

Asiya çempionatına Rəsul Məmmədov baş hakim kimi dəvət alıb və onun rəhbərliyi altında həmin yarışın hakim briqadaları idarə olunub.

Tədbirin sonunda baş hakim Rəsul Məmmədov medal və fərqlənmə diplomuna layiq görülüb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Rəsul Məmmədov Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının Hakimlər komitəsinin sədridir. O, dünya, Avropa və Asiya çempionatlarını baş hakim kimi dəfələrlə idarə edib.

Kombat ciu-citsu yapon döyüş növüdür. Dünyada bu döyüş növündən polislər, xüsusi təyinatlılar, cangüdənlər və hərbçilərin təlimində geniş istifadə olunur. Hətta bir çox ölkələrdə güc strukturları əməkdaşlarının döyüş hazırlığı proqramına salınıb.

Xəbər 115 dəfə oxundu.