III Avropa Oyunları: Stend atıcılarımız finala yüksələ bilməyiblər
Polşada keçirilən III Avropa Oyunlarında qadın stend atıcılarının skit yarışlarında təsnifat mərhələsi başa çatıb.

Azərbaycan təmsilçiləri Regina Meftahəddinova 115 xalla 19-cu, Nurlana Cəfərova isə 109 xalla 26-cı olublar.

Atıcılarımız bu gün keçiriləcək finala vəsiqə qazana bilməyiblər.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 152 dəfə oxundu.