“Neftçi”nin Dünya Qadın Seriyasının Puatye mərhələsindəki rəqibləri müəyyənləşib
İyunun 27-28-də Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.

Bu mərhələdə iştirak edəcək Bakının “Neftçi” klubu A qrupunda Kanada və İtaliya milliləri ilə mübarizə aparacaq.

“Neftçi” qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30-da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

Xəbər 95 dəfə oxundu.