Hokkeyçilər mükafatlarını aldılar
Otüstü hokkey üzrə növbəti ölkə çempionatına yekun vurulub. Qadınların yarışında son turda vaxtından əvvəl qızıl medalları özünə təmin edən «Bakı» Qusar «Şahdağ»ını 5:1 hesabı ilə məğlub edib. «Gümüş» və «bürünc» sahibləri «Atasport-2» və «Samur» (Qusar) arasındakı qarşılaşma paytaxtlıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.com.az saytının məlumatına görə, oyunlardan sonra medallar təqdim olunub. Çempionatın yekununda fərdi baxımdan Gülər Aydınlı («Bakı») çempionatın «Ən yaxşı oyunçu»su, Samrina Məmmədrzayeva («Samur») «Ən yaxşı qapıçı», rəqib qapılarından 22 qol keçirən Amalya Həsənova «Ən sərrast hücumçu» üçün təsis olunan mükafatlara sahib olublar.

Sayca XI Azərbaycan çempionatında qadın otüstü hokkeyçilərin yekun yarış cədvəli aşağıdakı kimidir:

O Q H M T X
1.«Bakı» 10 10 0 0 56 -5 30
2.«Atasport -2» 10 8 0 2 63-15 24
3.«Samur» 10 6 0 4 31-23 18
4.«Sumqayıt» 10 4 0 6 25-27 12
5.«Şahdağ» 10 2 0 8 13-53 6
6.«Xəzər» 10 0 0 10 0- 65 0

Kişilərin yarışında 11-ci turda «Akkord» «Atasport» üzərində 6:2 hesablı qələbə qazanıb. Autsayder «Gənclik» (Sumqayıt) «Şahdağ»a(Qusar) 2:10 hesabı ilə yenilib. Son turda «Atasport» Sumqayıtın «Gənclik» komandasını 9:1, «Akkord» Qusar «Şahdağ»ını 5:3 hesabı ilə məğlub ediblər.

Son matç başa çatandan sonra çempionatın mükafatlandırma mərasimi olub. «Akkord»a qızıl, «Atasport»a gümüş, «Şahdağ»a bürünc medallar təqdim olunub. Eyni zamanda müxtəlif nominasiyalar üzrə fərqlənən hokkeyçilər də mükafatlandırılıb. Elman Eldarov («Şahdağ») çempionatın «Ən yaxşı oyunçu»su, Teymurşah Vəlibəyov («Şahdağ») «Ən yaxşı qapıçı»sı, Saleh Balamiyev («Akkord», 32 qol) «Ən sərrast hücumçu»su üçün təsis olunan mükafatlara sahib olublar. Çempionatın yek

O Q H M T X
«Akkord» 12 11 1 0 63-14 34
«Atasport» 12 6 3 3 55-24 21
«Şahdağ» 12 4 2 6 47 -38 14
«Gənclik» 12 0 0 12 9 - 98 0

Xəbər 1173 dəfə oxundu.