Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib
Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.

Sayca 10-cu dəfə təşkil olunacaq dünya çempionatına Özbəkistan ev sahibliyi edəcək. İyirmi dörd komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.

Qeyd edək ki, Avropanın 7 ölkəsi mundialda iştirak edəcək. Sentyabr, oktyabr və dekabr aylarında qitə üzrə elit-raund mərhələsinin matçları keçiriləcək. Millimiz A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla mübarizə aparacaq. Qrup lideri birbaşa final mərhələsinə yollanacaq. İkinci pilləni tutmuş komandalardan ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-off-da qarşılaşacaq. Qalib gələn 2 milli final mərhələsində oynamaq hüququ qazanacaq.

Xəbər 102 dəfə oxundu.