Fidan Əlizadə: Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır
Polşadan qızıl medalla qayıtmaq istəyirik.

Bunu Azərbaycan cüdoçusu Fidan Əlizadə Polşada keçirilən III Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı qeyd edib ki, bu, onun iştirak etdiyi ilk Avropa Oyunlarıdır və Polşada uğur qazanmağa çalışacaq.

“Komandamla birlikdə ölkəmizi layiqincə təmsil etmək istəyirik. O ki qaldı ən böyük hədəfimə, hər bir idmançı kimi, məqsədim Olimpiya çempionu olmaqdır”.

Qeyd edək ki, III Avropa Oyunlarında cüdo üzrə komandalararası yarış iyulun 1-də keçiriləcək.

Xəbər 114 dəfə oxundu.