III Avropa Oyunları: Bu gün idmançılarımız üç növdə mübarizə aparacaqlar
Polşada təşkil olunan III Avropa Oyunlarının beşinci günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Atıcılıq yarışlarında iki idmançımız fərdi növdə, eyni zamanda, qadınlardan ibarət komandamız gücünü sınayacaq. Millimizin üç boksçusu rinqə çıxacaqsa, taekvondoçu Cavad Ağayev medal qazanmağa çalışacaq.

Atıcılıq

11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit)

13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)

Taekvondo

13:36. Kişilər: Cavad Ağayev (68 kq)

Boks

Qadınlar

20:15. 54 kq, 1/16 final

Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)

Kişilər

20:45. 80 kq, 1/16 final

Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)

22:15. 92 kq, 1/16 final

Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail).

Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 105 dəfə oxundu.