Ulan-Bator şəhərində Böyük Dəbilqə turnirinin ikinci yarış günü keçirilir
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Böyük Dəbilqə turnirinin ikinci yarış günü davam edir.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışda 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında İbrahim Əliyev və Nurlan Osmanov (hər ikisi -73 kq çəkidə), Zelim Tçkayev (-81 kq) tatamiyə çıxacaq.

Xəbər 104 dəfə oxundu.