Azərbaycan cüdoçoları Avropa çempionatının ikinci günündə üç medal qazanıblar
İyunun 23-də Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları üç medal əldə ediblər.

Əbil Yusubov (66 kq) finalda portuqaliyalı idmançı Rodriqo Caneyro üzərində qələbə qazanaraq Avropa çempionu olub. Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov finalda gürcüstanlı idmançı Qiorqi Dularidze üzərində qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazanıb.

Yarışda 52 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Xədicə Qədəşova ispaniyalı idmançı Adriana Saes Eviyaya qalib gələrək, Avropa çempionatının bürünc medalını əldə edib.

Xəbər 103 dəfə oxundu.