III Avropa Oyunları: Azərbaycan medal sıralamasında mövqeyini qoruyub
Polşada keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra 57 dəst medal öz sahibini tapıb.

Siyahıda Azərbaycan millisi əvvəlki kimi onuncu pilləyə şərikdir.

Komandamızın hesabında 5 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlıdır.

İlk sırada İspaniya qərarlaşıb. İspan idmançılar 9 qızıl, 5 gümüş və 4 bürünc medala sahib olublar. İlk üçlükdə İtaliya (8 qızıl, 8 gümüş, 9 bürünc) və Polşa (6 qızıl, 2 gümüş, 4 bürünc) yer alıblar.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcəklər. Azərbaycan "Krakov 2023"-də 13 növdə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə keçirilib. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı 2015”-də 2-ci, “Minsk 2019”-da 10-cu yeri tutub.B

Xəbər 101 dəfə oxundu.