Avropa Oyunlarının ikiqat qalibi: Final görüşü mənim üçün çox prinsipial idi
Karateçilərimiz III Avropa Oyunlarında iki qızıl və bir bürünc medal qazandılar. Buna görə çox xoşbəxtəm.

Bunu III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi İrina Zaretska deyib.

Final görüşünün çətin keçdiyini bildirən Avropa Oyunlarının ikiqat qalibi qeyd edib ki, final görüşü onun üçün çox prinsipial idi: “Son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu”.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan “Krakov 2023”-də 13 növdə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.

Xəbər 151 dəfə oxundu.