FİBA təlimatçısı Azərbaycana gəlir
Azərbaycan Basketbol Federasiyası ilə FİBA-Avropa arasında olan razılaşmaya əsasən 2012-ci il noyabrın 2-dən 4-nə kimi Bakıda hakimlik seminarı keçiriləcək. FİBA təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında keçirilən seminarda ABF-in hakimləri və məşqçilər korpusu iştirak edəcək.

İdman.com.az saytının məlumatına görə, seminar Heydər Əliyev adına İdman-Konsert kompleksində yerləşən Basketbol mərkəzində keçiriləcək. Seminarın yekununda uğurla imtahan verən hakimlərə ABF tərəfindən FİBA-Avropanın sertifikatları veriləcək.

Xəbər 1053 dəfə oxundu.