Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunx ilə üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn Nəcəfov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.

Xəbər 109 dəfə oxundu.