İrina Zaretska: Əsas məqsədim finalda rəqiblərimi məğlub edərək qələbə qazanmaqdır
Polşada keçirilən III Avropa Oyunlarında mübarizəmə çox yaxşı başlamışam.

Bu sözləri azərbaycanlı karateçi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunları barədə danışarkən qeyd edib.

İdmançının sözlərinə görə, o, ilk görüşlərinin hər birini qələbə ilə başa vurub. “Belə də davam etmək istəyirəm. Fikrimcə, nəticələrim çox yaxşıdır. İndi isə əsas məqsədim finalda da rəqiblərimi məğlub edərək qələbə qazanmaqdır. Bunun üçün də əlimdən gələni edəcəyəm”, - deyə idmançı sözlərinə əlavə edib.

Xəbər 111 dəfə oxundu.