Krakov-2023: Snayperlərimiz finala adlaya bilməyiblər
Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

Qarışıq komandaların tapança ilə 10 metr məsafədən atəş açma yarışında seçmə mərhələnin A qrupunda mübarizə yekunlaşıb.

Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova burada 572 xal toplayıb. Təmsilçilərimiz 28 cüt arasında 572 xalla 17-ci yeri tutub.

Bununla da snayperlərimiz finala adlaya bilməyib. Bu raunda hər qrupdan 4 komanda yüksəlib.

Qeyd edək ki, Ruslanla Nigar dünən baş tutan fərdi yarışlarda da finaldan kənarda qalıb.

Xəbər 148 dəfə oxundu.