Azərbaycanlı cüdoçuların rəqibləri bəlli olub
Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə görə Azərbaycan idmançılarının da ilk rəqibləri məlum olub.

Xatırladaq ki, milli komanda yarışda 8 çəki dərəsində 10 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.

Qadınlardan Leyla Əliyeva - Tamar Malka (İsrail) və Könül Əliyeva - Hikari Yoşioka (Yaponiya) (48 kq), Aydan Vəliyeva - Ariunzaya Terbiş (Monqolustan) (52 kq) çəkidə iştirak edəcək.

Kişilərdən isə Kəramət Hüseynov - Qusman Kırğızbayev (Qazaxıstan), Yaşar Nəcəfov - Yanislav Qerçev (Bolqarıstan) (66 kq), İbrahim Əliyev - Uranbayar Odqerel (Monqolustan), Nurlan Osmanov - Enxdul Lxama (Monqolustan) (73 kq), Zelim Tçkayev - Cunseonq Li (Cənubi Koreya) (81 kq), Murad Fətiyev - Qan-Erdene Tserenbat (Monqolustan) və Elcan Hacıyev - Mansur Lorsanov (Fərdi Neytral İdmançılar) (90 kq), Zelim Kotsoyev - Conqhun Von (Cənubi Koreya) / Xuderçulun Bayartsenqel (Monqolustan) cütünün qalibi ilə (100 kq), Uşangi Kokauri - Munqun-Erdene Tumurçudur (Monqolustan) və Camal Qamzatxanov - Vladut Simionesku (Rumınya) (+100 kq) iştirak edəcəklər.

Xəbər 117 dəfə oxundu.